İZMİRDƏ ZƏLZƏLƏ QURBANLARININ SAYI ÇOXALDI – VİDEO (Yenilənib)

0

18.15

Yerli mətbuatın yaydığı məlumata görə Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 62, xəstəxanada müalicəsi davam edən yaralıların sayı 218 olub.

***

12.20

Verilən son məlumata görə İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 49 olub.

***

10.15

Oktyabrın 30-da Türkiyənin İzmir şəhərində Yerli vaxtla saat 14.51-də baş vermiş 6.8 ballıq zəlzələ nəticəsində ölənlərin sayı çoxalıb.

İslamveirfan.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilir ki, bu gün saat 08.15-ə qədər olan məlumata görə zəlzələdə ölənlərin sayı artaraq 44 olub. Həmçinin yaralanan 896 nəfərdən 667-si ambulator müalicə üçün evə buraxılıb, 229 yaralının müalicəsi isə xəstəxanada davam edir.

Zəlzələnin baş verməsindən indiyə qədər bölgədə 833 avtoşok baş verib, onlardan 40-nın şiddəti 4 baldan yuxarı olub.

Açıqlamada bildirilib ki, 8 binanın dağıntılarında axtarış-xilasetmə işləri davam edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÜMRƏ ZİYARƏTİ ÜÇÜN XARİCDƏN ZƏVVAR QƏBULU BAŞLAYIR

Qlobal pandemiya səbəbindən dayandırılan Ümrə ziyarəti üçün xaricdən zəvvar qəbuluna başlanacaq. Islamveirfan.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “əl-Əxbəriyyə”...

Bağla