KANADANIN BAŞ NAZİRİ: MÜSƏLMANLARIN YANINDAYIQ

0

Kanadanın baş naziri Castin Türdo ölkəsinin London şəhərində 4 müsəlmanın ölümü ilə nəticələnən hadisəyə reaksiyasını bildirib. Trüdo sosial şəbəkədəki səhifəsində yazdığı paylaşımda baş verənlərə görə dəhşətə düştüyünü qeyd edib.

“Bu nifrət aksiyası ilə terrora məruz qalanların sevdikləri üçün buradayıq. Hadisədən yaralı xilas olub xəstəxanaya çatdırılan uşaq üçün buradayıq. Ürəyimiz sizinlədir və həmişə yanınızda olacağıq. Müsəlmanlar, yanınızda olduğumuzu bilin. İslamafobiyaya bu cəmiyyətdə yer yoxdur. Bu nifrət sinsidir, alçaqcadır və dayandırılmalıdır.” – deyə baş nazir Ttrüdo qeyd edib.

Ölkənin anamüxalifət lideri Erin O`Tul, müsəlman olduğu üçün bir ailənin məhv edilməyinin dəhşət verici olduğunu deyib və hadisəni terror aktı kimi qiymətləndirib. O`Tul da müsəlmanların yanında olduqlarını vurğulayıb.

Xatırladaq ki, ötən gün Kanadanın London şəhərində bir sürücü idarə etdiyi mikroavtobusu piyada səkisində olan müsəlman ailənin üstünə sürüb və onlardan 4-nün ölümünə səbəb olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AYƏTÜL-KÜRSİ VƏ FƏZİLƏTİ

اَللهُ لَا إِلَٰهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ ۚ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ ۚ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي...

Bağla