Laçın şəhərində Azərbaycan bayrağı ucaldılıb, general Prezidentə məruzə edib – VİDEO

0

Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.

Məruzədə deyilir:

“Möhtərəm Prezident! Cənab Müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TİKA: “QARABAĞIN BƏRPASINDA İŞTİRAK ETMƏK İSTƏYİRİK”

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastrukturun bərpası prosesində iştirak etməyə və hər cür köməklik...

Bağla