TİKA: “QARABAĞIN BƏRPASINDA İŞTİRAK ETMƏK İSTƏYİRİK”

0

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastrukturun bərpası prosesində iştirak etməyə və hər cür köməklik göstərməyə hazırdır.

Bu barədə “Report”a TİKA-nın Xarici İşlər İdarəsindən məlumat verilib.

“Hazırda Azərbaycan Qarabağın bərpasına böyük diqqət yetirir. Bu prosesdə iştirak etmək istəyirik. İstənilən sahədə Azərbaycan hökuməti bizim yardımımızı istəsə, biz hər zaman kömək etməyə hazırıq”, – TİKA-dan bildirilib.

Vurğulanıb ki, Türkiyə ilə Azərbaycan arasında bütün səviyyələrdə – istər iki ölkə prezidentləri arasında ən yüksək səviyyədə, istərsə də iki xalq arasında gözəl qardaşlıq münasibətləri mövcuddur: “Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra biz qardaş Azərbaycanla daha intensiv işləyirik. 30 ildir ki, biz müxtəlif sahələrdə fəal əməkdaşlıq edirik. Azərbaycanda fəaliyyət göstərən AIDA təşkilatı (Beynəlxalq İnkişafa Yardım Agentliyi) ilə daim əlaqə saxlayırıq”.

Bildirilib ki, Azərbaycan çox zəngin ölkədir və TİKA-nın təklif edə biləcəyi ən mühüm məsələ təcrübə mübadiləsidir: “Təcrübə çox vacibdir, onu pulla almaq olmaz. Kənd təsərrüfatından tutmuş, sənayeyə qədər biz öz təcrübəmizi Azərbaycanla bölüşə bilərik”.

Qeyd edək ki, TİKA-nın Ankaradakı baş ofisində yerləşən sərgi salonunda təşkilatın müxtəlif ölkələrdə həyata keçirdiyi irimiqyaslı mədəni irsin bərpası layihələrinin maketləri yer alır. Onların arasında Mərdəkan qalasının və Tuba Şahi məscidinin maketi də var.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GÜN MALAZGİRT ZƏFƏRİNİN İL DÖNÜMÜDÜR

Bu gün, türklərə Anadolunun qapılarını açan tarixi Malazgirt zəfərinin 951-ci il dönümüdür. Malazgird döyüşü — Bizans imperiyası ilə Səlcuqlu imperiyası...

Bağla