LAÇINDA TİKİLƏCƏK MƏSCİD ÜÇÜN LAYİHƏLƏNDİRMƏ BİTMƏK ÜZRƏDİR

0

Laçında inşa olunacaq məscid üçün yer ayrılıb.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

“Layihələndirmə işləri başa çatmaq üzrədir, bununla yerli şirkət məşğuldur. Ümid edirəm ki, yaxın zamanda layihələndirmə bitəcək və tikinti işlərinə başlanılacaq. Laçında dağıdılmış abidə ilə bağlı olaraq isə, onu deyim ki, Mədəniyyət Nazirliyi tərəfindən layihə təqdim olunub, ümid edirəm, bu proses də müsbət rəy alacaq və yaxın zamanlarda realizasiyası həyata keçiriləcək”, – Məsim Məmmədov əlavə edib.

 

 

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN BAŞ PROKURORU AZƏRBAYCANDA RƏSMİ SƏFƏRDƏDİR

Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Türkiyənin...

Bağla