Məkkə sazişi sülhün təmin olunmasını hədəfləyən bütün ölkələr üçün açıqdır

0

Məkkə sazişi regionda sülhün, rifahın və sabitliyin təmin olunmasını hədəfləyən bütün qardaş ölkələrin iştirakına açıqdır.

“Report” xəbər verir ki, bunu Türkiyən Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” hesabında yazıb.

Onun sözlərinə görə, BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququnu da təsdiqləyən saziş heç bir ölkəni hədəf almır:

“Türkiyə regional məsuliyyət və təşəbbüs baxışı çərçivəsində münaqişə və böhranların beynəlxalq hüquqa hörmət əsasında, dialoq və diplomatiya yolu ilə həllinə yönəlmiş prinsipial mövqeyini qətiyyətlə davam etdirəcək”.

Türkiyə lideri qeyd edib ki, saziş təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə, müdafiə sənayesində birgə layihələrin həyata keçirilməsinə və terrorizmlə mübarizəyə mühüm töhfə verəcək.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında Məkkə sazişini imzalayıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan, Ermənistan və ABŞ liderlərinin tarixi Vaşinqton görüşündən bir il ötür

Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın tarixi əhəmiyyət daşıyan 2025-ci il 8...

Bağla