MƏSCİDİ-HARAMDA RAMAZAN HAZIRLIQLARI BAŞLADI – FOTO

0

Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Məscidi-Haramda müqəddəs ramazan ayına hazırlıqlar başlayıb.

Harameyn  (İki müqəddəs bölgə) komitəsindən verilən məlumata görə, hazırlıqlar çərçivəsində Kəbənin örtüyündə təmizlik və bərpa işləri aparılıb. Həmçinin örtüyü saxlayan iplər də möhkəmləndirilib.

Kəbə örtüyünə nəzarət komitəsinin sədri Fəhd əl-Cabiri bildirib ki, təmizlik və bərpa işləri vaxtı beynəlxalq standartlara uyğun ən yaxşı vasitələrdən istifadə olunub.   

Qeyd edək ki, Kəbə örtüyü müxtəlif vaxtlarda aparılan təmizlik və bərpa işləri ilə yanaşı hər il Həcc mövsümündə dəyişdirilir.

Kəbənin örtüyünə 700 kq xalis ipək, 120 kq qızıl və gümüş sapdan istifadə edilərək Quran ayəsi və müxtəlif dualar yazılır.

Resim

Resim

Resim

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ABŞ-IN DAHA BİR ŞƏHƏRİNDƏ AZAN SƏSGÜCLƏDİRİCİ İLƏ OXUNACAQ

ABŞ-ın Minnesota əyalətinin Minneapolis şəhərindəki məscidlərdə azanın 3 vaxt səsgücləndirici ilə oxunmasına icazə verilib. Şəhər məclisinin üzvü Camal Osmanın hazırladığı...

Bağla