MƏSCİDİ-HARAMDA TERRORA DƏSTƏK VERƏN BIÇAQLI ŞƏXS SAXLANILDI – VİDEO

0

Səudiyyə Ərəbistanı Məkkə şəhərindəki Məscidi-Haramda əlində bıçaq olan və terror qruplaşmalarının lehində şüarlar səsləndirən şəxs saxlanılıb.

Bu barədə yerli SPA agentliyi şəxsiyyəti məxfi saxlanılan polisə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, əsr namazından sonra Hərəmi-Şərif ərazisində əlində kəsici alət olan və terror qruplaşmalarına dəstək verən şüarlar səsləndirən bir nəfər saxlanılıb. Saxlanılan şəxs barədə qanunvericiliyə uyğun təhqiqat başladığı qeyd edilib.

Səudiyyə Ərəbistanında fəaliyyət göstərən bəzi xəbər saytları hadisə barədə qeyri-peşəkarlıqla çəkilmiş videogörüntü paylaşıb. Görüntülərdə, ənənəvi səud geyimində olan şəxsin təkbir gətirərək İŞİD terror qruplaşması lehində şüarlar səsləndirdiyi görülür.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PEYĞƏMBƏRİMİZİN İLK CÜMƏ XÜTBƏSİ

Allah-təala belə buyurur: "Hər bir can (hər kəs) ölümü dadacaqdır. Şübhəsiz ki, qiyamət günü əməllərinizin qarşılığı sizə tam olaraq veriləcəkdir....

Bağla