MƏSCİDİ-NƏBƏVİYƏ MİKROŞİPLİ XALÇALAR SƏRİLİB

0

Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Məscidi-Nəbəvinin (peyğəmbər məscidi) ətrafındakı namaz qılınan bölmələrə yeni mikroçipli xalçalar sərilib.

Məlumata görə, məscidin ətrafındakı namaz qılınan yerlərə indilik 12 min ədəd yeni texnologiya ilə istehsal edilmiş xalça sərilib.

Səudiyyə Ərəbistanı ibadət edənlərin rahatlığını nəzərə alaraq bu xalçaları öz imkanı ilə istehsal edib. Olduqca yumşaq olan xalça namaz qılanlarla yanaşı məscid əməkdaşlarının da işlərini asanlaşdıracaq. Çünki bu xalçalar yuyulduqdan sonra üzərində su saxlamır.

Yeni xalçalarda təchiz edilən mikroçip xalçanın vəziyyəti, yuyulma müddəti və s. barədə məlumatları mərkəzə ötürəcək.

Yeni xalçalardan 20 min ədəd daha istehsal edilərək təvil veriləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ YENİDƏN ATƏŞƏ TUTULUB

Fevralın 11-i saat 08:50-dən 09:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik...

Bağla