MƏŞHUR FUTBOLÇU MƏSCİDDƏ AYAQYOLUNU TƏMİZLƏDİ – VİDEO

0

Sosial şəbəkələrdə Liverpulun müsəlman oyunçusu Sadio Mane barədə maraqlı video-çarx yayılıb. Görüntülərdə Manenin məscidin tualetlərini təmizləyən işçilərə kömək etdiyi nümayiş olunur.

Qeyd edək ki, ötən həftənin şənbə günü keçirilən Liverpool – Leicester City qarşılaşması birincinin 2-1 hesablı üstünlüyü ilə başa çatıb. Qarşılaşmanın ilk qolunu vuran Mane oyun boyu uğurlu performansı ilə diqqəti cəlb edib. Oyun bitdikdən sonra şəhər məscidində işa namazı qılan Sadio Mane namazdan sonra ayaqyolunun təmizliyində iştirak edib.

Əslən Seneqaldan olan Manenin atası ölkələrində məscid imamıdır. Mane daha əvvəl yerli mətbuata verdiyi müsahibədə alkoqollu içki içmədiyini, haramlardan uzaq olduğunu və inanclarının tələblərinə riayət etdiyini açıqlamışdı.

“Sky News”un xəbərinə görə, nümunəvi hərəkətləri və uğurlu futbolçu performansı ilə Mane, Salahdan sonra Liverpul azarkeşlərini müsəlmanlığa bir addım daha yaxınlaşdırıb.

Xəbər:Şirəli MƏMMƏDOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ANA QUCAĞI BEHİŞT GÜŞƏSİDİR

Deyirlər ki, ana ürəyindən qopan laylalar həyatın ən şirin təranəsidir.

Bağla