“MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ VƏ İSLAM HƏMRƏYLİYİ” ADLI LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

0

Ötən gün Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonu Göyşaban kənd məscidi dini icmasının təşkilatçılığı ilə keçirilən “Milli-mənəvi dəyərlərimiz və İslam həmrəyliyi” adlı layihə çərçivəsində rayonun Sinovli kənd məscidində maarifləndirici tədbir keçirilib.

Bildirilir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının Osakücə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Mirzərza Əkbərov, Göyşaban kənd məscidi dini icmasının sədri Marafat Musayev, Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov, Sinovli kənd məscidi dini icmasının sədri İqrar Rəfiyev və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında Azərbaycanın tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət, həmrəylik və dözümlülük şəraitində yaşadığı, müxtəlif mədəniyyətlərin həm coğrafi, həm də mədəni baxımdan qovuşduğu unikal bir məkan olduğunu bildirib. Dövlət-din münasibətlərinin Azərbaycan modeli haqqında məlumat verən E.Həmidli əlavə edib ki, ölkəmizdə tolerantlıq və multikulturalizmin dövlət siyasətinə çevrilməsi məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov çıxışında Azərbaycanın tarixən milli-mənəvi cəhətdən zəngin, müxtəlif dil, din və mədəniyyətlərin sərbəst şəkildə inkişaf etdiyi məkanlardan biri olduğunu qeyd edərək, ölkəmizin tolerant yaşam tərzi ilə dünyada bir nümunə olduğunu vurğulayıb.

Lənkəran ŞİH başçısının Osakücə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Mirzərza Əkbərov, Göyşaban kənd məscidi dini icmasının sədri Marafat Musayev, Sinovli kənd məscidi dini icmasının sədri İqrar Rəfiyev çıxışlarında mövzu ilə bağlı fikirlərini bildiriblər. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ZAQATALADA “MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZLƏ KEÇMİŞDƏN BU GÜNƏ VƏ GƏLƏCƏYƏ GEDƏN UĞURLU YOL” ADLI TƏDBİR KEÇİRİLİB

Yanvarın  15-də Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Dövlət Təhlükəsizliyi...

Bağla