MÜBARİZ QURBANLI: “ÖTƏN İL 98 DİNİ İCMA QEYDİYYATA ALINIB, 22-NİN QEYDİYYATINDAN İMTİNA OLUNUB”

0

“Ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) dini qurumların dövlət qeydiyyatına alınması ilə bağlı 143 müraciət (138-i İslam, 5-i qeyri-islam təmayüllü) daxil olub”.

Bildirilir ki, bunu Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qurumun 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında deyib.

O bildirib ki, 22 dini qurumun sənədləri qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılıb: “Ümumilikdə, 98 dini icma (96-sı İslam, 2-si qeyri-islam təmayüllü) dövlət qeydiyyatına alınıb”.

M.Qurbanlı əlavə edib ki, 741 adda (801 min 307 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib: “Hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunaraq DQİDK-ya göndərilən 437 adda dini təyinatlı ədəbiyyat və məmulat materiallarından 38-i zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edilib”.

O qeyd edib ki, ötən müddət ərzində hüquq-mühafizə orqanları ilə birgə qanunsuz dini fəaliyyətə, eləcə də ixtisaslaşmış satış məntəqələrindən kənarda dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı inzibati tədbirlər intensiv şəkildə davam etdirilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, 33 protokol tərtib edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ 20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR BƏYANAT YAYIB

Qafqaz Müsəlmanları İdarəsi 20 yanvar faciəsinin 29-cu ildönümü münasibətilə bəyanat yayıb.

Bağla