MÜSƏLMANIN HƏCCİ

0

Həcc və ümrə, İslamın ən mühüm ibadətlərindən olub, Müslümanların Allah qarşısında təvazökar bir şəkildə özlərini təmizləyib ruhlarını yüksəltmələrinə kömək edir. Peyğəmbərimiz (s.a.s) həm fərz olan həccini, həm də bir neçə dəfə ümrə ibadətini yerinə yetirmişdir. Peyğəmbərimizin (s.a.s) bu ibadətləri necə yerinə yetirdiyi, onun təvazökar və Allahın əmrlərinə sadiq olduğunu göstərir.

Peyğəmbərimiz (s.a.s) həcc ibadətini yalnız bir dəfə, hicrətin onuncu ilində (Vida Həcci) yerinə yetirmişdir. Bu həcc zamanı 100 dəvə kəsmişdir (Buxari, Ümrə, 3). Peyğəmbərimiz (s.a.s) dörd dəfə ümrə ziyarəti etmişdir. O, ümrə ibadətinin günahların bağışlanması və fəzilətli olduğunu bildirərək, xüsusilə Ramazanda edilən ümrənin həcc qədər fəzilətli olduğunu qeyd etmişdir (Müslim, Həcc, 137)

Peyğəmbərimiz (s.a.s) Həcc və Ümrə zamanı qurban kəsmişdir. Vida Həcci zamanı özü və ailəsi üçün bir dəvə və ya inək kəsmişdir (Buxari, Həcc, 45). O, qurban kəsərkən bir qoçu ümməti adına, digərini isə özü və ailəsi adına kəsmişdir (Tirmizi, Həcc, 79).

Həcc yaxud ümrə ibadətinə gücü çatmayanlar nə etməlidirlər?

Kuba Məscidi Ziyarəti

Peyğəmbərimiz (s.a.s) hər şənbə günü Mədinədəki Kuba məscidini ziyarət edər və orada iki rükət namaz qılardı. O, bu əməl haqqında belə müjdə vermişdi:

“Kim evindən çıxıb Kuba məscidinə gələr və orada iki rükət namaz qılarsa, bu əməli ona ümrə savabı qazandırar”  buyurmudur (Buxari, Həcc, 31). Kuba məscidinə gedə bilməyən hər hansı bir mömin yaşadığı ərazidəki məscidlərə sırf Allah üçün gedər və ibadətlə məşğul olarsa, (bəlkə də ümrə qədər) böyük səvablara nail olar.

Duha Namazı

Peyğəmbərimiz (s.a.s) bir hədisində belə buyurub: “Kim sübh namazını camaatla qılar, sonra oturub günəş doğana qədər Allahı zikr edər, sonra iki rükət (duha) namazı qılarsa, ona tam bir həcc və umrə savabı yazılar” (Tirmizi, Salat 341).

Peyğəmbərimizin (s.a.s) Həcc və Ümrə ibadətləri, İslamın əhəmiyyətli rituallarını göstərməklə yanaşı, həmçinin bizə bu ibadətlərin əsl mənasını, Allah qarşısında təvazökar olmağı və nəfsin cilalanmasını öyrədir. Həcc etməyə gücü çatmayanlara Rəbbimiz bunun əvəzinə bir çox fürsət vermişdir. Əsas məsələ, insanın Allaha yaxınlaşması üçün bu cür fürsətləri qaçırmamasıdır. Allahı zikr etdiyimiz hər an sonsuz qiymətə sahibdir. Hər kəs niyyətinə görə ucalır. Buna görə də həcc yaxud ümrə edə bəlməyənlər məyus olmasınlar.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN XANKƏNDİYƏ GƏLƏCƏK

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısında iştirak etmək üçün iyulun 4-də Xankəndiyə gələcək. Bu barədə...

Bağla