MÜSƏLMANLARI HƏYƏCANLANDIRAN MƏSCİDİ-ƏQSA QƏRARI

0

Qlobal pandemiya səbəbindən ibadətə qapalı olan Məscidi-Əqsa ramazan bayramından sonra açılacaq.  İslamveirfan.com-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qüds İslami Vəqflər İdarəsi məlumat yayıb.

Məlumatda, Məscidi-Əqsanın ramazan bayramından sonra təkrar ibadətə açılmasına qərar verildiyi bildirilib.

Qeyd edək ki, qlobal kovid-19 pandemiyası səbəbindən bir çox məbəd kimi Məscidi-Əqsada da ibadət məhdudlaşdırılmışdı.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İPƏKYOLU NƏŞRİYYATINDAN ƏN GÖZƏL BAYRAM HƏDİYYƏSİ

İpəkyolu Nəşriyyatı, ilahi kəlam Qurani-Kərimin Azərbaycan dilində tərcüməsini, müqəddəs ramazan bayramı öncəsində oxucularının istifadəsinə təqdim edib. İslamveirfan.com xəbər verir ki,...

Bağla