MÜSƏLMANLARIN PEYĞƏMBƏR HƏSSASİYYƏTİ NƏZƏRƏ ALINMALIDIR

0

Hollandiyanın sabiq baş naziri, “Xristian Demokratiya Partiyası”nın lideri Dris van Aqt bildirib ki, müsəlmanların həssasiyyətləri nəzərə alınmalıdır.

İslamveirfan.com xəbər verir ki, sabiq baş nazir bu fikirləri, Hz. Muhammədin (ﷺ) karikaturalarının yayılmasını şərh edərkən deyib.   

Ölkəsində radikal irçilərin İslam əleyhdarlığı barədə suala cavab verən Aqt, İsa peyğəmbərin də eyni cür təsvir edilməsinin xristianlar tərəfindən müsbət qarşılanmayacağını vurğulayıb.

“Radikal islamçılar çox vaxt özlərini zorakılıq və şiddətlə ifadə edirlər. Bunun qəbul edilməsimümkün deyil. Muhamməd peyğəmbərin karikaturaları məsələsində müsəlmanların həssasiyyəti nəzərə alınmalıdır. İsa peyğəmbərin də eyni cür təsvir edilməsini xristianlar müsbət qarşılamazdı. Bunun üçün bir müəllimin başını kəsməzdik. Amma çox hiddətlənərdik”.

Sabiq baş nazir bildirib ki, belə həssas məsələlərdə özümüzü onların yerinə qoyaraq hadisələri dəyərlənidə bilməliyik.    

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏN GƏLƏN YARDIM TIRI MÜDAFİƏ NAZİRLİYİNİN ANBARINA QƏBUL EDİLDİ

İğdır Alulbeyt Vəqfinin təşkil etdiyi “Azərbaycanla həmrəylik” kampaniyası çərçivəsində “Həmrəylik Tırı” adlanan yardımla dolu yük maşını Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq...

Bağla