NAMAZIN ƏHƏMİYYƏTİ

0

Həzrət Adəmdən bəri bütün peyğəmbərlərin gətirdiyi ilahi bir həqiqət vardır. Rəsullar və nəbilər ilahi əmr və həqiqətin xüsusiyyətlərini insanlara təbliğ etmiş, həyatlarında tətbiq edərək onlara liderlik etmişdir. Həqiqət başlı başına dəryadır. Bəs ilahi həqiqət nədir? İlahi həqiqət, Allah tərəfindən fərdin və cəmiyətin xeyrinə nəticələnən, onu pisliklərdən çəkindirin və yaxşılığın hər yana yayılmasını əmr edən, bunların hamısının Uca Yaradanın gücü və qüdrətində baş verdiyini, ona görə sadəcə Allahın tək bir ilah olduğuna iman etməyin hər şeydən əziz və ləzzətli olduğunu idrak etmək və bunu bir həyat mottosu halına gətirməkdir.

            İlahi həqiqətə gedən yol ibadətlərdən keçir. İslama görə ibadətlərin tacı namazdır. Namaz öncəki ümmətlərə fərz olduğu kimi Muhəmməd ümmətinə də fərzdir. Namaz qılan kişi namazla birləşəndə fərqli bir təzahürlə qarşılaşır. Hər şeydən əvvəl, ruhi və fiziki həyatında ciddi dəyişiklərin baş verir. İnsan, həyatın keşməkeşləri qarşısında öz tutumunun gücləndiyini, mübarizə əzminin qüvvətləndiyini və ümidsizliyin yox olduğunu görəndə dünyalıq nemətlərin qulu olmaqdan qurtularaq zəncirlərini qırır, qul olmaqdan əşrəfu’l-məxluqat səviyyəsinə yüksəlir.

            Namaz insanla cəmiyyət, cəmiyyətlə cəmiyyətlər arasındakı əlaqələrin sağlam təməllər üzrə inşa etməsinə köməklik edir. Bir cəmiyyətdə haqqıyla namaz qılanlar olduqca o cəmiyyət təkamül edəcəkdir. Fərd və cəmiyyət arasındakı sıx əlaqələr namazla daha da güclənir. Məsələn; Rəhmət Peyğəmbəriylə (s.ə.v.) səhabələr namazlarına xüsusi diqqət edərdilər. Namazları gözlərinin nuru idi. Namazlarına diqqət etdikləri üçün əsr-i səadət deyilən örnək bir cəmiyyət qurdular. Bugün belə bütün müsəlmanlar bu cəmiyyətin həsrətiylə yaşayır.

            Bizim üçün əhəmiyyətli olan namazın mahiyyətidir. Hərəkətlər və dualar dəyişsə də həqiqət əsla dəyişmir. Namaz ortaq faydaya xidmət etdiyi kimi, şəxsin fərdi inkişafında da mühim rol oynayır. Ancaq bu yolun mahiyyəti və keyfiyyəti fərdə görə də fərqlilik göstərir. İnsandan. Insana dəyişən faydanı nə olduğunu bu sətrlər sığışdırmaq çox çətindir. Ancaq namazın əhəmiyyəini vurğulamaq üçün mövzunu üç sözlə xülasə edə bilərik: Namaz mömünün meracıdır…

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏMİRCANDAKI İMAM MƏSCİDİNDƏ TƏMİR-BƏRPA İŞLƏRİ APARILACAQ

Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işləri həyata keçiriləcək. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb....

Bağla