PANDEMİYAYA GÖRƏ BU İL RAMAZAN ÜMRƏSİ OLMAYACAQ

0

“2020-ci ildə kovid-19 pandemiyası səbəbindən Həcc ibadəti baş tutmadğı üçün zəvvarların püşk və qeydiyyat hüquqları 2021-ci ildə davam edəcək.”

Bu barədə Türkiyənin dini komitəsi Diyanət, “bu il ramazan ayında ümrə ziyarəti olacaqmı?” sualına cavab verərkən açıqlama yayıb.  

Açıqlamada bildirilib ki, xüsusilə ramazan ayında tələbin çox olduğu ümrə ziyarəti bu il baş tutmayacaq.

“Səudiyyə Ərəbistanı sərt karantin rejiminin yumuşaldılmasını ramazan bayramı bitənə qədər təxirə saldığı üçün bu il ölkəmizdən ümrə ziyarətləri baş tutmayacaq. Cari ildə baş tutacaq Həcc ibadəti üçün Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi ilə danışıqlar davam edir. Danışıqların yekununa görə qəbul ediləcək qərar barədə ictimaiyyətə əlavə məlumat veriləcək.” – deyə Diyanətin açıqlamasında bildirilir.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsi də pandemiya səbəbindən bu il Azərbaycandan Həcc ziyarətinin baş tutmaya biləcəyini açıqlayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FRANSA PREZİDENTİ MAKRON “PARİS” MƏSCİDİNİ ZİYARƏT EDİB

Fransanın prezidenti Emanuel Makron “Paris” məscidini ziyarət edib. İslamveirfan.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə məscidə aid social...

Bağla