PEYĞƏMBƏRİMİZ QİYAMƏT GÜNÜ ÜMMƏTİNİ NECƏ TANIYACAQ

0

Peyğəmbərimiz Muhamməd-Mustafa (SAV) səhabələri ilə birlikdə Bəqi qəbristanlığını ziyarət etdi. Orada, “Allahın salamı üzərinizə olsun ey möminlər diyarının sakinləri! İnşallah bir gün biz də sizə qovuşacağıq.” – deyə buyurdu. Daha sonra, “Qardaşlarım üçün çox darıxdım!” – deyə əlavə etdi.

Səhabələr təəccübləndilər və heyrətlə soruşdular:

  • Ya Rəsulallah (SAV), biz sənin qardaşların deyilikmi?
  • Siz mənim səhabələrimsiniz. Qardaşlarım isə hələ gəlməyiblər.

Bu yerdə səhabələr soruşdular:

  • Ümmətindən hələ gəlməmiş olanları qiyamət günü necə tanıyacaqsınız?
  • Qara at ilxısında alınları və ayaqları ağ olan atları seçmək necə mümkündürsə, mən də axır zamandakı qardaşlarımı elə tanıyacağam. Aldıqları dəstəmaza görə onların üzləri, əlləri və ayaqları nurlu olacaq. Mən əvvəldən (Kövsər) hovuzunun başına gedib su vermək üçün onları gözləyəcəyəm.

Rasulullah (SAV) sözlərinə belə davam etdi:

  • Bəziləri yoldan çıxdıqları üçün, yollarını azdıqları üçün, günahkar olduqları üçün yad dəvələrin sürüdən qovulması kimi mənim hovuzumdan uzaqlaşdırılacaqlar. Mən onlara “buraya gəlin” – deyəcəyəm. Mənə deyəcəklər ki, “Onlar səndən sonra hallarını dəyişdirdilər. Sənin yolunu (sünnəni) tərk edib yanlış yola getdilər.” mən də onlara, uzaq olun, uzaq olun! – deyəcəyəm.

Mənbə: Osmannuritopbas.com

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN SƏRHƏDÇİSİ ŞƏHİD OLDU

Ötən axşam Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Paşazadə Orxan düşmən təxribatı nəticəsində şəhid olub. İslamveirfan.com xəbər verir ki, bu...

Bağla