PREZİDENT İLHAM ƏLİYEV FƏLƏSTİN PREZİDENTİ MAHMUD ABBASI TƏBRİK EDİB

0

Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa Fələstin Dövlətinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

İnanıram ki, ölkələrimiz arasında münasibətlər birgə səylərimizlə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da uğurla inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Fələstin xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“DİNİ VƏZİFƏLƏRƏ TƏYİNATDA MİLLİ KADRLARA ÜSTÜNLÜK VERİLİR”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi xaricdə dini təhsil almış din xadimlərinin Azərbaycanda müxtəlif dini vəzifələrdə çalışması məsələsinə münasibət bildirib....

Bağla