“QARABAĞ QƏLƏBƏSİ NAXÇIVANIN STRATEJİ ƏHƏMIYYƏTİNİ ÖN PLANA ÇIXARIB”

0

“İkinci Qarabağ müharibəsindəki tarixi qələbə “Türk qapısı” adlandırılan Naxçıvanın strateji əhəmiyyətini bir daha ön plana çıxarıb”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşü zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl tərəfindən vaxtilə iki ölkə arasında təməli qoyulmuş əlaqələrin davamıdır.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ötən gün Naxçıvan Muxtar Respublikasına səfərə gedib.

Türkiyənin Azərbaycandakı səfiri Naxçıvana gedib

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSRAİL FƏLƏSTİNLİLƏRƏ AİD KƏNDİ 190-CI DƏFƏ YERLƏ YEKSAN ETDİ

İsrail qüvvələri ölkənin cənubundakı Nəcəf (Negef) çölündəki fələstinlilərin yaşadığı Arakib kəndini yerlə yeksan edib. Arakib müdafiə komitəsinin üzvü Əziz ət-Turi,...

Bağla