Qarabağ zəfəri xaricdəki soydaşlarımızla dini-mənəvi bağlılığımızı gücləndirəcək

0

Qarabağ zəfəri digər ölkələrdə yaşayan soydaşlarımızla dini-mənəvi bağlılığımızı daha da gücləndirmək üçün fürsətdir.

“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərinin ölkəyə səfəri ilə bağlı İlahiyyat İnstitutunda keçirilən görüşdə deyib.

O qeyd edib ki, bəhs olunan səfərin təşkilində də məqsəd qardaşlığı və birliyi möhkəmləndirməkdir:

“Qarabağda əldə edilən zəfər yalnız Azərbaycan vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının zəfərid, Qarabağ şəhidləri dünya azərbaycanlılarının şəhidləridir. Qarabağ yalnız torpaq və ərazi bütövlüyü məsələsi deyil, həm də dünya azərbaycanlılarının milli qürur məsələsidir”.

İsmayılov bildirib ki, Azərbaycanla bağlı kənardan yayılan məlumatların bir qismi ölkənin real vəziyyətini əks etdirmir:

“Kənardan azərbaycanlılarla bağlı bəziləri fərqli nələrsə deməyə çalışırlar. Amma deyilənlər çox vaxt həqiqətə, Azərbaycan reallıqlarına yox, başqalarının maraqlarına yönəlikdir. Ona görə də sizi bu auditoriyaya gətirməkdə və bu mühitlə tanış etməkdə məqsədimiz Azərbaycanın dini-mənəvi reallığını, mənəvi mühitini öz gözlərinizlə görməyinizi təmin etməkdir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Yağış yağır, külək əsir, dolu düşüb

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir. Yağıntılar ayı-ayrı yerlərdə...

Bağla