QMİ: BU İL AZƏRBAYCANDAN HƏCC ZİYARƏTİ OLACAQ

0

Bu il Azərbaycandan Həcc ziyarəti olacaq.

Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi ilə müqavilələrin imzalanması gözlənilir:

“Həcc ziyarətinin koronavirusla bağlı ötən ilki şərtləri bir az yumşaldılacaq. Bildiyiniz kimi, ötən il ziyarətə 65 yaşına qədər olan şəxslər gedə bilərdi. Çox ehtimal ki, bu il ziyarət üçün yaş məhdudiyyəti də olmayacaq. Amma yəqin ki, koronavirusa qarşı iki doza vaksin tələbi qalacaq”.

 

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Müdafiə Nazirliyi ilə Dövlət Komitəsi arasında birgə tədbirlər planı imzalanıb

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair 2023-cü il üçün...

Bağla