QMİ SƏDRİ İSPANİYAYA SƏFƏR EDƏCƏK

0

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 24-də İspaniya Krallığına səfər edəcək.

Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, A.Paşazadə BMT Baş Katibinin müavini, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə “BMT Sivilizasiyalar Alyansı” və “Dinlər Sülh Uğrunda” təşkilatlarının “Sülh, Müharibələrə son qoymaq və Beynəlxalq Hüquqa Hörmət üçün Çağırış” adlı birgə təşəbbüsünün ilk tədbirində iştirak edəcək.

Aprel 25-26-da İspaniyanın tarixi Gernika şəhərində faciəli bombardmanın 88-ci ildönümündə dini liderlərin iştirakı ilə keçiriləcək dəyirmi masa və anım tədbirinin məqsədi sülh çağırışını təşviq etmək, beynəlxalq hüquqa hörməti dəstəkləmək, müharibələrə qarşı qınağı gücləndirməkdir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QƏZZADA BİR GÜNDƏ DAHA 45 SAKİN ÖLÜB

İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında azı 45 fələstinli həlak olub. “Report” xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera”...

Bağla