Oktyabrın 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin XXIV sessiyasında iştirak etmək üçün Qazaxıstan Respublikasına səfər edəcəkdir.
Dünya və ənənəvi din liderlərinin Qurultaylarının Katibliyinin daimi üzvü olan QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə iki onillikdən artıq tarixə malik, dinlərarası dialoqa dair nüfuzlu beynəlxalq platforma, dünya və ənənəvi dinlərin liderləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli siyasət, elm və ictimaiyyət xadimlərinin səmərəli dialoq və əməkdaşlığın dəyərli müstəvisi olan Astana Qurultaylarının daimi iştirakçısıdır.
Şeyxülislam A. Paşazadənin Astanaya səfər çərçivəsində Qazaxıstanın yüksək səviyyəli rəsmiləri ilə, habelə tədbir iştirakçıları ilə ikitərəfli görüşləri nəzərdə tutulur.



