QOCA KİŞİ BAĞLI MƏSCİDİN QAPISINDA BELƏ AĞLADI (VİDEO)

0

Sosial şəbəkələrdə, koronovirusla mübarizə tədbirləri çərçivəsində bağlanan məscidin qapısında ağlayan qoca kişinin görüntülərini əks etdirən video yayılıb. İslamveirfan.com xəbər verir ki, hadisə Şimali İraqda yerləşən Mosul şəhərinin əl-Sukkar məhəlləsindəki məscidlərdən birində baş verib.

Məhəllədəki “Ar-Rahman” məscidinin bağlı qapısının önündə dua edərək, “Allahım! Sənin evində dua etmək istəyirik! Məscidlərdə qılınan namaz üçün darıxmışıq!” – deyən qoca göz yaşlarını saxlaya bilməyərək hönkürtü ilə ağlayıb.

Qeyd edək ki, koronovirusla mübarizə tədbirləri çərçivəsində İraqda martın 16-dan məscidlərdə kütləvi ibadətlər dayandırılıb. Ölkədə 1352 koronovirusa yoluxma faktı qeydə alınıb və 76 nəfər dünyasını dəyişib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KORONOVİRUS XƏSTƏLƏRİNƏ ZƏMZƏM SUYU VERİLƏCƏK

Səudiyyə Ərəbistanı Kraallığı koronovirusla mübarizə tədbirləri çərçivəsində yeni qərara imza atıb. İslamveirfan.com xəbər verir ki, bu barədə rəsmi SPA agentliyi...

Bağla