Qurani-Kərimdə Evli Qadınlara Fərqli Müraciət Formaları

0

Qurani-Kərimdə Azərbaycan dilindəki “həyat yoldaşı” sözünün qarşılığı olaraq üç kəlimədən istifadə olunub. Bunlardan birincisi ﺍﻣﺮﺃﺓ – “imraətun” ifadəsidir. Bu kəlimə ərəb-dilində “qadın” kimi tərcümə olunsa da Qurani-Kərimdə bu ifadə fiziki olaraq birlikdə yaşayıb fikir, düşüncə və iman baxımından öz ərindən fərqlənən qadınlar üçün istifadə edilmişdir. Belə ki, Qurani-Kərimdə ﺍﻣﺮﺃﺓ ﻧﻮﺡ, ﺍﻣﺮﺃﺓ ﻟﻮﻁ ‏ Nuhun qadını və Lutun qadını olaraq qeyd edilir. Bu iki peyğəmbərin qadınları öz ərləri ilə fiziki bərabərlikləri olsa da onların gətirdiklərinə iman etmədiklərinə görə bu ifadədən istifadə edilib.


ﺍﻟﺰﻭﺟﺔ- zövcə kəliməsi isə dilimizdə “həyat yoldaşı” olaraq tərcümə olunur və Qurani-Kərimdə öz həyat yoldaşı ilə fiziki və fikri olaraq eyni mövqedə olan qadınları tərənnüm edir. Qurani-Kərimdə “zövcə” ifadəsinin işləndiyi yerlərə diqqət etdiyimiz zaman isə qarşımıza وَقُلْنَا يَٓا اٰدَمُ اسْكُنْ اَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ Hz. Adəm və Həvva haqqında bəhs edən ayələr və Hz. Peyğəmbərimizin həyat yoldaşları haqqında bəhs edən ayələr ﻳﺎ ﺃﻳﻬﺎ ﺍﻟﻨﺒﻲ ﻗﻞ ﻷﺯﻭﺍﺟﻚ çıxmaqdadır. Lakin Hz. Zəkəriyyanın (ə.s) həyat yoldaşı onunla eyni imanı bölüşdüyü halda -ﻭﻛﺎﻧﺖ ﺍﻣﺮﺃﺗﻲ ﻋﺎﻗﺮﺍً imraətun kəliməsinin işlədilməsi isə Hz. Zəkəriyyanın (ə.s) həyat yoldaşından uşaqları olmadığı üçün fiziki olaraq birlikdə yaşamadıqları ehtimalını gücləndirir. Bundan sonra Allahu-Təala Ona uşaq ərməğan edir və həyat yoldaşını onun üçün saleh zövcələrdən edir. ﻓﺎﺳﺘﺠﺒﻨﺎ ﻟﻪ ﻭﻭﻫﺒﻨﺎ ﻟﻪ ﻳﺤﻴﻰ ﻭﺃﺻﻠﺤﻨﺎ ﻟﻪ ﺯﻭﺟﻪ ‏ . Yəni Allahu-Təala onun xanımının doğurqanlıq qüsurunu ortadan qaldırdıqdan sonra ona “imrəatun” yox “zövcə” olaraq xitab edir.
Digər bir ifadədə də sahibə الصاحبة kəliməsidir. Bu ifadə isə Qurani-Kərimdə ərlə arvad arasında fiziki və fikri əlaqənin kəsildiyi vaxtlarda istifadə edilib. Belə ki, qiyamət gününün əzəmətini tərənnüm edən ayədə ‏ ﻳﻮﻡ ﻳﻔﺮ ﺍﻟﻤﺮﺀ ﻣﻦ ﺃﺧﻴﻪ ﻭﺃﻣﻪ ﺃﺑﻴﻪ ﻭﺻﺎﺣﺒﺘﻪ ﻭﺑﻨﻴﻪ ‏ Allah Təala الصاحبة yoldaş ifadəsini istifadə etmişdir. Çünki Qiyamət günü baş verən hadisələrə görə ərlə arvad arasında nə fiziki nə də ki fikri bir əlaqənin olması mümkün görünmür.

Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“VAV”ın Hekayəsi

Kuran alfabesinin arap alfabesinden olması, bu alfabeye ayrıcalık kazandırır elbette. Aslında her harf bir semboldür. Her birinin harf olmasının yanında...

Bağla