RAMAZANDA CAMAATLA TƏRAVİH NAMAZI QILINMAYACAQ

0

Səudiyyə Ərəbistanı Krallığı ərazisindəki məscidlərdə, ramazan ayına aid ibadət olan təravih namazı qılınmayacaq. Bu barədə İslami Məsələlər Nazirliyinin müşaviri Muhamməd əl-Aqsil krallığın dövlət kanalına verdiyi açıqlamada bildirib.

“Korona böhranı davam edəcəyi təqdirdə ramazan ayında təravih namazları camaatla qılınmyacaq, habelə digər kütləvi ibadətlər də yerinə yetirilməyəcək. İbadət edənləri qorumaq üçün belə bir qərar qəbul etməyə məcbur olduq.” – deyə əl-Aqsil bildirib.

Nazirlik rəsmisi həmçinin, korona böhranının ramazan ayından əvvəl bitəcəyinə ümidvar olduğunu deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında 4934 nəfər kovid-19 virusuna yoluxub, 65 nəfər isə bu səbəbdən dünyasını dəyişib. Böhranın başlaması ilə ölkə rəhbərliyi Həcc və Ümrə ziyarətlərini də dayandırıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QOCA KİŞİ BAĞLI MƏSCİDİN QAPISINDA BELƏ AĞLADI (VİDEO)

Sosial şəbəkələrdə, koronovirusla mübarizə tədbirləri çərçivəsində bağlanan məscidin qapısında ağlayan qoca kişinin görüntülərini əks etdirən video yayılıb. İslamveirfan.com xəbər verir...

Bağla