Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 27-də Bakıda vətəndaş qəbulu keçirib.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı vətəndaşlar “Hər məsciddə kitabxana” layihəsi çərçivəsində məscidin kitabxana ilə təmin edilməsi, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Birol Akgün: Azərbaycan Türk dünyası üçün önəmli bir mərkəzdir

Azərbaycan Türk dünyası üçün önəmli bir mərkəzdir. "Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün "Birinci Türkoloji Qurultayın qurucuları...

Bağla