RAZI QAL VƏ RAZI SAL

0

Bir gün bir neçə nəfər nəcdli Peyğəmbərimizə müraciət edib ondan İslamı və Quranı onlara öyrədəcək müəllimlər istəyir. İnsanlara İslamı və Quranı öyrətmək üçün göndərilmiş ən gözəl insan da bu istəyə biganə qalmayıb onları müəllimlə təmin etmək istəyir, amma göndərəcəyi səhabələrə nəcdlilərin xəyanət edəcəyindən qorxur. Gələn nəcdlilərin təmsilçisi Əbu Bəra bunu görüb qəbiləsinin adından Rəsulullaha zəmanət verir və qəbiləsinin yanına qayıdıb gələcək heyəti himayəsinə götürdüyünü bildirir. Amma qəbilə başçısı olan qardaşı oğlu Amir onun sözünə baxmır. Ətraf qəbilələrin köməyi ilə göndəriləcək müəllimlərə basqın etmək, pusquda durmaq məqsədilə yola düzəlir.

Peyğəmbərimizin Əbu Bəradan zəmanət alaraq yola saldığı yetmiş qare gecələr öz aralarında Quran ayələri haqda müzakirələr aparan, gündüzlər isə işləyərək məscidin və məsciddə qalan yoxsulların ehtiyaclarını ödəyən səhabələr idi. Onlar camaata İslamı öyrətmək məqsədilə eşq və şövqlə Nəcdə gedərkən Məunə quyusunun başında Amirin basqınına uğayırlar, qəhrəmancasına döyüşsələr də, şəhid olurlar və öldürülməzdən öncə belə dua edirlər: “Allahım! Başımıza gələn müsibəti Peyğəmbərimizə çatdır. Biz Sənə qovuşuruq və Səndən razıyıq, yəqin ki, Sən də bizdən razısan”.

Elə bu vaxt Rəsulullah ərtafındakı səhabələrə belə deyir:

– Din qardaşlarınız öldürüldülər. Onlar can verərkən belə dua ediblər: “Allahım! Başımıza gələn müsibəti Peyğəmbərimizə çatdır. Biz Sənə qovuşuruq və Səndən razıyıq, yəqin ki, Sən də bizdən razısan”.

Biri-Məunə faciəsi adlandırılan bu hadisə razı qalmaq və razı salmaq dastanıdır. Həyatda qazanılacaq ən böyük mükafat razı qalmaq və razı salmaqdır. Həyatını Qurana uyğun şəkildə yaşamış və Quran yolunda da ölmüş bu bəxtiyar insanlara verilən mükafat da elə budur. Allah yolunda həyatlarını qurban verən bu səhabələr təkcə Allahdan razı qalmaqla kifayətlənməmiş, həm də Allahı özlərindən razı salmışlar. Buradan çıxaracağımız dərslər bunlardır: razılıq qarşılıq tələb edən bir duyğudur və onun həqiqi mahiyyəti yalnız hər iki tərəfin eyni duyğunu bölüşməsindən ibarətdir. Odur ki, təkcə razı qalmaq yox, razı salmaq da önəmlidir.
Hərəkət və davranışlarımız müxatəbimizi qane edərsə, o, bizdən razı qalar, onun hərəkət və davranışları bizi qane edərsə, biz ondan razı qalarıq ki, bu da Biri-Məunə faciəsinin qurbanları olan müəllimlərin bizə verdiyi dərslərdən sonuncusudur: razılıqla bağlı bəndələri ilə saziş bağlamış Rəbbimiz onlara və bağladığı sazişə o qədər əhəmiyyət verir ki, onları razı salmaqla kifayətlənməyib bunu razı saldığı bəndələrinin dilindən hamıya çatdırır.

Biri-Məunə faciəsinin qurbanı olmuş qəhrəman müəllimlərin sözləri Rəbbimizin müxatəbinə çevrilmək şərəfinə nail olmağın necə ağır bir qarşılıq tələb etdiyini göstərir. Allah bizdən razı qalmağı ilə yanaşı, bizi Özündən razı salmağa da əhəmiyyət verir və bizi razı saldığını birbaşa özü dilə gətirməyib bizim dilimizdən imtahan sirrimiz olan iradələrimizin razılığını ifadə edəcək şəkildə hamıya çatdırır. Yuxarıdakı nümunədə razı qalanın razı saldığını yox, razı salınanın razı qaldığını dilə gətirdiyini görürük. Bunların arasındakı fərq imtahan sirrimiz qədər qorxulu, amma elə imtahan sirrimiz qədər də ümidvericidir.

Madam həyat bir əhdləşmədən ibarətdir, onda o, əhd verənlə əhd alanın bir-birindən razı qalması ilə nəticələnməlidir. Biri-Məunə faciəsinin qurbanları olmuş müəllimlərin bizə verdiyi dərslərdən çıxan nəticə razı sala bilib-bilmədiyini öyrənmək üçün bəndələrinə üz tutan səxavətli Allahın onlara və onlarla bağladığı sazişə necə yüksək dəyər verdiyini göstərən bir şərəf lövhəsidir.

GƏNC PEYĞƏMBƏR VƏ GƏNC DOSTLARI, MEHMET LÜTFİ ARSLAN

İPƏKYOLU NƏŞRİYYATI

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İKİ NEMƏT

Allah Rəsulu qiyamətədək öz təsirini qoruyub saxlayan mübarək kəlamlarından birində belə buyurur:  “İki nemət vardır ki, insanların çoxu onlardan istifadə...

Bağla