RUHSUZ BƏŞƏR

0

“Ruhsuz bəşər” deyərkən insana bənzər, ruhu olmayan, eyni zamanda insandan həm zahiri olaraq, həm də bəzi hərəkətləri ilə seçilməyən “məxluqları” nəzərdə tuturuq. Ruh, bəşəri insana çevirən əsas cövhərdir. Ruhu insana üfləyən sadəcə Allahdır. Allahın xaricində və onun izni olmadan bu qüdrətə sahib heç bir güc yoxdur və ola da bilməz. Son zamanlarda şeytanın vəsvəsələrinə qapılaraq, onu özlərinə rəhbər edən şeytan ordusu insanabənzər məxluqlar (humanoidlər, kiborqlar…) “yaratmaq” arzusundadırlar. Quranda Nisa 119-cu ayədə şeytanın Allah verdiği bir vəd qəbilindən belə buyrulur:  “onlara əmr edəcəyəm, onlar da Allahın yaratmasını (Allahın yaratdıqlarını) dəyişdirəcəklər” (وَلَاٰمُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ اللّٰهِؕ). Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edən şeytan, həmçinin bu əmri yerinə yetirən şeytanın nökərləri, ortaya çıxardıqları yeni məxluqlara ruh üfləyə bilmədiklərinə görə bu varlıqlar ruhsuz olacaqlar. Bir neçə ildir ki insanabənzər robotlar hazırlanır. İnsan orqanizması örnəklərindən alınaraq, hətta bu örnəklərə ehtiyac olmadan labaratoriyalarda insanabənzər məxluqlar yaratma təcrübələri xeylaq zamandır davam edir. Bəzi araşdırmalara görə yaxın gələcəkdə (15-20 il sonra) ana-ataya ehtiyac olmadan insanabənzər məxluq istehsal etmək mümkün olacaq. Hal hazırda insan orqanları(na bənzər orqanlar) istehsal olunur və çox yaxında aramızda gəzən ruhsuz bəşərləri görəcəyik (təəsüf). (məlumat üçün bax: https://www.akademikakil.com/sentetik-insan-yolda/ismailhakkiaydin/).

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“TEKNOFEST” ŞUŞADA DA KEÇİRİLƏ BİLƏR

“Bu il Bakıda keçiriləcək “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının gələcəkdə Şuşada təşkil olunacağı istisna deyil”. Bunu festivalla bağlı keçirilən mətbuat...

Bağla