SƏUDİYYƏ ƏRƏBİSTANI HƏCC İBADƏTİNİN ŞƏRTLƏRİNİ AÇIQLADI

0

Səudiyyə Ərəbistanı krallığının rəsmiləri pandemiya mühitində Həcc ibadətinin yerinə yetirilməsi üçün şərtləri açıqlayıb.

Yerli “Ukaz” qəzetinin yaydığı xəbərə görə, bu barədə krallığın səhiyyə naziri Tevfiq ər-Rəbia açıqlama verib.

Açıqlamada bildirilir ki, Həcc ibadətini yerinə yetirmək istəyənlər hökmən kovid-19 peyvəndi vurdurmalıdır və bu, indilik Həccin şərtlərindən biridir.

Nazir Rəbia Məkkə, Mədinə və s. müqəddəs məkanlardakı səhiyyə məntəqələrində fəaliyyət göstərəcək səhiyyə əməkdaşlarının erkəndən təmin edilməsi üçün göstəriş verib.

Həmçinin xəbərdə nazirin, zəvvarlar üçün kovid-19 komissiyası qurulması təlimatı verdiyi qeyd edilib.

 

“Anadolu” agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN AZƏRBAYCANLA TİCARƏTİ ASANLAŞDIRAN SAZİŞİ TƏSDİQLƏDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni təsdiqləyib. Dövlət başçısı bununla...

Bağla