Şimali Kipr TDT-yə müşahidəçi statuslu üzv qəbul olunub

0

Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusunda üzv qəbul edilib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.

“Bununla kirpli qardaşlarımızın yalnız olmadığını göstərək həll prosesinə töhfə veririk. Sizə ayrı-ayrılıqda xüsusi təşəkkür edirəm”, – dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, 1974-cü ildə başlanan Kipr Hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası (ŞKTR) öz müstəqilliyini bəyan edib. ŞKTR-nin müstəqilliyi təkcə Türkiyə tərəfindən tanınır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi nümayəndəliyi fəaliyyət göstərir.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan: Azərbaycanın səylərinə baxmayaraq, Cənubi Qafqazda durum hələ də kövrəkdir

"Azərbaycanın bütün səylərinə baxmayaraq, Cənubi Qafqazda durum hələ də kövrəkdir. Sülh axtarışında Azərbaycanın yanındayıq". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan...

Bağla