“TARİXİMİZİN DAHİLƏRİ” KİTABININ TƏQDİMATI KEÇİRİLİB

0

Gəncliyə Yardım Fondu və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB)  birgə təşkilatçılığı ilə “Təfəkkür Dünyamızın Ulduzları” layihəsi çərçivəsində hazırlanan “Tariximizin dahiləri” kitabının təqdimat proqramı keçirilib.

Təqdimatda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB) rəhbəri Abdullah Eren, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç.Dr. Cahit Bağcı, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin I müavini Valeh Hacıyev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mübariz Göyüşlü, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəhbərova, TRT Bakı təmsilçisi Murat Akkoç, elm insanları, QHT rəhbərləri və media mənsubları iştirak ediblər.

Qeyd edək ki, “Tariximizin dahiləri” kitabı Azərbaycan və Türkiyə başda olmaqla türk-islam dünyasının tarixi şəxsiyyətlərinin Əhməd Cavad, Hüseyn Cavid, Bəxtiyar Vahabzadə, Məhəmmədhüseyn Şəhriyar, Almas İldırım, Çingiz Aytmatov,  Məhməd Akif Ərsoy, Hilmi Ziya Ülkən, Nəcib Fazil Kısakürək, Cəmil Meriç, Nurəddin Topçu,  Rasim Özdənörən, Aliya İzzetbeqoviç, Səzai Karakoç, İsmət Özəl, İbn Xəldun,  Məhəmməd İqbal kimi fikir adamlarının həyat və fəaliyyətləri, həmçinin fikirlərindan bəhs edir. Kitabın həmmüəllifləri Ali Can, Dr.Abbas Qurbanov və Qoşqar Abbasovdur.

Resim

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FAİZİN TİCARƏTDƏN FƏRQİ

İslam dini faizin halal bir qazanc yolu olmadığına, faizlə ticarətin bir-birindən fərqli olduğuna diqqət çəkmiş və beləliklə də, faizin, yəni...

Bağla