TDT-nin müsəlman dini liderləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

0

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər.

Nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına və Türk şəhidliyinə gedən din xadimləri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA GƏLƏN AY 4 GÜN ARDICIL İŞ OLMAYACAQ

Azərbaycanda gələn ay 4 gün ardıcıl iş olmayacaq. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla 2022-ci il noyabrın...

Bağla