TDT-nin müsəlman dini liderləri Yuxarı Gövhər Ağa məscidində birgə namaz qılıblar

0

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderləri Şuşadakı Yuxarı Gövhər Ağa məscidində birgə namaz qılıblar.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, onlar şəhidlərimizin ruhuna, eləcə də əbədi sülh və əmin-amanlıq naminə dualar oxuyublar.

Nümayəndə heyəti məsciddə Heydər Əliyev Fondu tərəfindən aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar. Onlara görülən işlər barədə ətraflı məlumat verilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Müsəlman dini liderlər Qarabağ zəfəri münasibətilə İlham Əliyevə müraciət ünvanlayıb

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini liderləri Qarabağ zəfərinin ikinci ildönümü münasibətilə Prezident İlham Əliyevə müraciət ünvanlayıb. “Report”un...

Bağla