TDT ölkələri arasında TÜRKPOL-un yaradılması təklif edilir

0

Türk Dövlətləri Təşkilatı (TDT) arasında transmilli cinayətkarlıqla mübarizə aparmaq üçün yeni təşkilat- TÜRKPOL-un yaradılması təklif edilir.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi TDT daxili işlər nazirinin Astanada baş tuan 3-cü görüşü ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, TDT üzvləri bu təklifi dəstəkləyib.

“Gələcəkdə TÜRKPOL-un yaradılması ilə sərhədlərarası cinayətlər və cinayətkarlarla mübarizə sahəsində əməkdaşlığımızın və güc birliyimizin daha da artacağına inanıram”, – deyə türkiyəli nazir bildirib.

Qeyd edilib ki, yaradılması təklif edilən bu təşkilat İnterpol və Avropa İttifaqının Hüquq Mühafizə Orqanları üzrə Əməkdaşlıq Agentliyinin (Evropol) bənzəri ola bilər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Türkiyə-Azərbaycan enerji əməkdaşlığı regional və qlobal bazarlara çıxışı gücləndirir”

Türkiyə-Azərbaycan enerji əməkdaşlığı regional və qlobal bazarlara çıxışı gücləndirir. "Report" xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan...

Bağla