Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün iştirakçıları iyunun 29-da Bakı şəhərində Zəfər abidəsini ziyarət ediblər.
Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzi olan Zəfər abidəsi önünə əklil qoyan iştirakçılar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər. Qonaqlara Zəfər parkının və abidənin yaradılması, onun memarlıq konsepsiyası barədə məlumat verilib.



