TRAMP: İSRAİL VƏ İRAN TAM ATƏŞKƏSƏ RAZILAŞIBLAR

0

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail və İran yaxın saatlarda atəşi tam dayandırmağa razılaşıblar.

“Report” xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social”da yazıb.

“İsrail və İran 12 saat müddətinə tam atəşkəs barədə razılığa gəliblər (indiki vaxtdan təxminən 6 saat sonra, İsrail və İran cari və son əməliyyatlarını başa çatdırdıqda!) və bu andan müharibə bitmiş hesab olunacaq”, – Tramp qeyd edib.

Onun sözlərinə görə, ilk olaraq İran atəşi dayandıracaq, “12-ci saatda” bunu İsrail də edəcək.

“24-cü saatda dünya 12 günlük müharibənin bitməsini qeyd edəcək, <…> bu müharibə illərlə davam edə və bütün Yaxın Şərqi məhv edə bilərdi”, – o əlavə edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZI RAYONLARDA YAĞINTILI VƏ KÜLƏKLI HAVA DAVAM EDIR

Azərbaycanın bəzi rayonlarında iyunun 23-ü saat 11:00-a olan məlumata əsasən yağıntılı və küləkli hava davam edir. Bu barədə Milli Hidrometeorologiya...

Bağla