TÜRK ƏSGƏRİ DAĞA BAYRAQ ASDI VƏ AZAN OXUDU – VİDEO

0

Suriyanın Afrin bölgəsində PYD/PKK və İŞİD terrorçularına qarşı əməliyyatlara başlayan Türkiyə Silahlı Qüvvələrinin (TSK) hərbçiləri növbəti yüksəkliyi ələ keçirib.

Yerli mətbuatın verdiyi məlumata görə, Raco dağındakı ən hündür təpəni ələ keçirən hərbçilər buraya Türkiyənin dövlət bayrağını sancıblar və azan oxuyublar. Bu hadisəni əks etdirən video-görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.

Xatırladaq ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində “Zeytun Budağı” adlı hərbi əməliyyatlara başlayıb. Əməliyyatın məqsədi bütün terror qruplaşmalarını Türkiyə sərhəddindən uzaqlaşdırmaq və zərərsizləşdirməkdir.

Xəbər: Şirəli MƏMMƏDOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
6 MÜSƏLMANI ÖLDÜRƏN QATİLİN VALİDEYİNLƏRİ MƏSCİDƏ MƏKTUB YAZIB

Keçən il Kanadanın Kvebek şəhərində məscidə silahla hücum edərək 6 mömini qətlə yetirən cinayətkarın valideynləri məscidə məktub yazıb. Övladlarının əməlinə...

Bağla