Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

0

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi və strateji potensialı ümumi rifahımıza çevirməyə, əməkdaşlığımızı və inteqrasiyamızı daha yüksək səviyyələrə çatdırmağa qərarlıyıq.

“Report”un məlumatına görə, bu fikir Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial media hesabındakı paylaşımda qeyd olunub.

“Türk Dövlətləri Təşkilatının təməlini qoyan Naxçıvan Sazişinin 17-ci ildönümündə Türk Dövlətləri Əməkdaşlıq Gününü qürur və coşqu ilə qeyd edirik!

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi və strateji potensialı ümumi rifahımıza çevirməyə, əməkdaşlığımızı və inteqrasiyamızı daha yüksək səviyyələrə çatdırmağa qərarlıyıq.

Türk Əsrini birlik və həmrəylik içində qururuq”, – paylaşımda qeyd olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan qardaş dövlətlərlə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir

Azərbaycan qardaş türk dövlətləri ilə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir. Bu...

Bağla