Türkiyə DİN: TDT-nin nazirlər iclasında Türk “şengen”in yaradılması müzakirə edildi

0

Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin Astanada baş tutan 3-cü görüşündə türk “şengen”in yaradılması müzakirə edilib.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi TDT daxili işlər nazirinin Astanada baş tutan 3-cü görüşü ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Türk dövlətlərinin hava limanlarında Türk dövlətləri vətəndaşları üçün xüsusi pasport nəzarəti məntəqələrindən keçməsi ilə bağlı işlər davam edir.

“Avropa ölkələrindən birinə getdiyimiz zaman Avropa İttifaqı vətəndaşlarının bir nəzarət məntəqəsindən, digər ölkələrin vətəndaşlarının isə başqa nəzarət məntəqəsindən keçdiyini görürük. Bunun oxşarının Türk dövlətləri arasında da yaradılması istiqamətində işlərimiz davam edir”, – deyə o vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TDT ölkələri arasında TÜRKPOL-un yaradılması təklif edilir

Türk Dövlətləri Təşkilatı (TDT) arasında transmilli cinayətkarlıqla mübarizə aparmaq üçün yeni təşkilat- TÜRKPOL-un yaradılması təklif edilir. "Report" "Hürriyet"ə istinadən xəbər verir...

Bağla