TÜRKİYƏ DİYARBƏKİRDƏ HƏRBİ HİSSƏYƏ HÜCUM OLUB

0

Türkiyənin Diyarbəkir şəhərində hərbi hissəyə hücum cəhdi olub. Bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu açıqlama verib.

“Diyarbəkirdə bir hərbi hissəyə 2 ədəd maket təyyarə ilə hücum cəhdi edilib, maket təyyarələr zərərsizləşdirilib. İtki yaşanmayıb”, – deyə Soylu qeyd edib.

Gecə vaxtı baş verən partlayış çox sayda insan tərəfindən hiss edilib, evlər silkələnib. Partlayış şəhərdə təşvişə səbəb olub.

Türkiyə Müdafiə Nazirliyinin hücumla əlaqədar verdiyi açıqlamada hərbi hissədə lazımi fiziki tədbirlərin alındığı bildirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSRAİLƏ AİD RƏSMİ TVİTTER SƏHİFƏSİNDƏ QURANI ƏLƏ SALDILAR

İsrailə aid rəsmi tvitter hesabında müqəddəs Quranın ayələri ələ salınıb. İsrail Xarici İşlər Nazirliyinə aid ərəbcə yayımlanan sosial şəbəkə səhifəsində...

Bağla