Türkiyə, Gürcüstan və İraqdan gələn din xadimləri Ağdam Cümə məscidini ziyarət ediblər

0

Türkiyə, Gürcüstan və İraqdan gələn azərbaycanlı din xadimləri Ağdam Cümə məscidini ziyarət ediblər.

“Report”un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, qonaqlar Cümə məscidinin tarixi haqqında məlumatlandırılıblar.

İşğal dönəmində Qarabağdakı digər dini məkanlar kimi buranın da ermənilər tərəfindən dağıdıldığı, hətta məbəddə donuz saxlanıldığı qonaqların diqqətinə çatdırılıb. İşğaldan sonra məscidin əsaslı təmir edilərək əvvəlki vəziyyətinə qaytarıldığı və burada ibadət üçün hər bir şəraitin yaradıldığı bildirilib. Həmçinin onlara məscidin işğal dövründəki və son görüntüsünü əks etdirən fotoşəkillər təqdim olunub.

Ağdam Cümə məscidində namaz qılınması ilə qonaqların Qarabağa səfəri başa çatıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər

Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər. "Report"un Xankəndiyə ezam...

Bağla