TÜRKİYƏ İŞĞALDAN AZAD OLUNAN ƏRAZİDƏ İKİ MÜƏSSİSƏ YARADIR

0

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonunda Meşəçilik Tədris Mərkəzi və tinglik müəssisəsi yaradır.

“Anadolu” xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Veysəl Tiryaki bildirib.

Onun sözlərinə görə, Meşəçilik Tədris Mərkəzi və tinglik müəssisəsi üçün layihələr hazırlanıb. Nazir müavini qeyd edib ki, işlər sürətlə həyata keçirilir:

“Türkiyə Azərbaycanla meşəçilik sahəsində texniki əməkdaşlığı inkişaf etdirmək və ikitərəfli əlaqələri daha yaxşı səviyyəyə çatdırmaq üçün lazımi səyləri göstərəcək”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN VƏ TÜRKİYƏ MEŞƏ YANĞINLARI SAHƏSİNDƏ BİRGƏ TƏLİMLƏR KEÇİRƏCƏK

Azərbaycan və Türkiyə meşə yanğınları sahəsində birgə təlimlər keçirəcək. Bu barədə Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və...

Bağla