Türkiyə MMN Azərbaycanın şəhidlərini ehtiramla anıb

0

Türkiyənin Milli Müdafiə Nazirliyi (MMN) 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycanın suverenliyi uğrunda şəhid olanların xatirəsini anıb.

Bu barədə nazirliyin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

“Qəhrəman Azərbaycan ordusunun Qarabağdakı işğal edilmiş torpaqlarını azad etmək üçün başlatdığı və zəfərlə nəticələnən şanlı mübarizənin ildönümündə qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlam və xoşbəxt həyat diləyirik”, – paylaşımda bildirilib.

“Report”

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA ANIM GÜNÜDÜR

Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında...

Bağla