Türkiyə MMN “X”də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb

0

“Birliyin Gücü-2026” hərbi təlimi çərçivəsində Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin birgə fəaliyyəti həyata keçirilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Birliyin Gücü-2026” təlimində Hərbi Hava Qüvvələrimiz ilə can Azərbaycanın Hərbi Hava Qüvvələri profil yerüstü hədəfləri ilk atışda tam dəqiqliklə məhv etdi.

Polad qanadlarımızın birgə gücü dostluğumuzun və qardaşlığımızın ən konkret göstəricisidir!”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, “Birliyin Gücü – 2026” birgə hərbi təlimi Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilir.

Üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılqaya” Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən “Qarabağlar” Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən “Böyük Zirə” təlim rayonunda təşkil olunur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə ölkəmizdə rəsmi...

Bağla