Türkiyə MN Ermənistanı Azərbaycanın sülh təşəbbüslərini dəstəkləməyə çağırıb

0

“Ermənistanın Cənubi Qafqazdakı sabitlik üçün Azərbaycan tərəfindən uzadılan sülh əlini tutmasını arzu edirik”.

Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk həftəlik brifinqdə deyib.

O bildirib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması üçün səmimi səylərini davam etdirir: “Azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində onların yanında olmağa davam edəcəyik”.

Həmçinin, qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın işğaldan azad olunmuş bölgələrinin mina və partlamamış sursatlardan təmizlənməsi istiqamətində dəstəyini davam etdirir.

 

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İstanbulda TDT-nin İqtisadi Əməkdaşlıq İşçi Qrupunun 14-cü Toplantısı başlayıb

Bu gün İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) İqtisadi Əməkdaşlıq İşçi Qrupunun 14-cü Toplantısı başlayıb. “Report”un Türkiyə Bürosu xəbər verir ki,...

Bağla