Türkiyə Müdafiə Nazirliyindən Azərbaycan Ordusuna növbəti dəstək

0

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Ermənistanın yeni hərbi təcavüzünə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatlarına növbəti dəfə dəstək verib.

“Report”un xəbərinə görə, Nazirliyin “Twitter” səhifəsində bununla bağlı paylaşım edilib.

Nazirliyin təqdim etdiyi şerin bəndi belədir:

Eşqimiz, sevdamız könlümüzdədir bizim,

Dərdimiz, diləyimiz dərindədir bizim,

Taleyimiz bir yazılmış ağ alnımıza,

Gücümüz, ürfanımız birliyimizdədir bizim!

“Türkiyə-Azərbaycan” şüarı ilə dövlət bayraqlarımızın qoşa dalğalandığı paylaşıma iki qardaş ölkənin Silahlı Qüvvələrinin birgə təlimlərindən çəkilmiş fotolar əlavə edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Hikmət Hacıyev: “Erməni separatçılarının lideri ağır yaralanıb”

“Ordumuzun dəqiq zərbəsi nəticəsində Dağlıq Qarabağdakı erməni separatçılarının "rəhbəri" Araik Aratyunyan ağır yaralanıb”. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının...

Bağla