TÜRKİYƏ ORDUSU 81 TERROR HƏDƏFİNİ MƏHV ETDİ

0

Türkiyə Silahlı Qüvvələri (TSK) Şimali İraqda PKK terror qruplaşmasına aid mövqe, sığınacaq və mağara olmaqla 81 hədəfi “Pəncə-Qartal” adlı əməliyyatla məhv edib. Bu barədə Milli Müdafiə Nazirliyinə aid rəsmi tvitter səhifəsində məlumat yayılıb.

“Pəncə-Qartal əməliyyatı ilə ölkəmizi, millətimizi və sərhəddəki təhlükəsizliyimizi təhdid edən terrorçulara aid mövqe, sığınacaq və mağaralardan ibarət 81 hədəf məhv edilmişdir. Qırıcılarımız təhlükəsiz şəkildə hərbi bazaya qayıtmışdır.” – deyə nazirliyin səhifəsində bildirilir.

Açıqlamada həmçinin, əməliyyatlarda yerli və milli silah-sursatdan istifadə edildiyi, bu vaxt mülki əhalinin can və mal təhlükəsizliyi ilə ətraf mühitin qorunmasına maksimum diqqət edildiyi vurğulanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DÜNYA HƏYATI BİR YUXUDAN İBARƏTDİR

Həzrəti Mövlana nə gözəl buyurmuşdur: “Dünya həyatı bir röyadan (yuxudan) ibarətdir. Dünyada sərvət sahibi olmaq, yuxuda dəfinə tapmağa bənzəyir. Dünya...

Bağla