TÜRKİYƏ ORDUSU PKK TERRORÇULARINA QARŞI BÖYÜK ƏMƏLİYYAT BAŞLADIB – VİDEO

0

Türkiyə Silahlı Qüvvələri (TSK) Şimali İraqın bəzi bölgələrində PKK terror ünsürlərinə qarşı hərbi əməliyyatlara başlayıb.

Bu barədə məlumat yayan Türkiyə Milli Müdafiə Nazirliyi, “Pençe-Kilit” adlı əməliyyatla Şimali İraqın Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçulara ağır zərbə vurulduğunu bildirib.

Məlumata görə, PUA, HPUA (hücumçu pilotsuz uçan aparat) və yerli ATAK helikopterlərinin iştirak etdiyi əməliyyat nəticəsində çox sayda terrorçu məhv edilib.

Əməliyyatı hərəkat qərargahından izləyən milli müdafiə naziri Hulusi Akar, əməliyyatda iştirak edən əsgər və pilotlara radiostansiya ilə müraciət edərək uğurlar arzulayıb.

Məlumatda bildirilib ki, terrorçulara aid sığınacaqlar, mövqelər, silah depoları, tunellər və qondarma qərargahlar dəqiq zərbələrlə məhv edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KANADADA TƏRAVİH NAMAZINDAN ÇIXANLARA ATƏŞ EDİLDİ – YARALILAR VAR

Kanadanın Toronto şəhərində təravih namazından çıxan müsəlmanlara naməlum avtomobildən atəş edilib. Bu barədə məlumat verən yerli polis Deyvid Ridzik, hadisənin...

Bağla